Nyu-York birjasında təbii qazın qiyməti azalıb

28 Oktyabr 2024 10:07 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,2% azalaraq 3,024 ABŞ dolları təşkil edib.