Yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir

28 Oktyabr 2024 10:02 (UTC+04:00)

Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.

O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.