Qusarda avtomobil piyadanı vuraraq öldürüb

28 Oktyabr 2024 10:01 (UTC+04:00)

Qusarda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın xəbərinə görə, rayonun Həzrə kəndində Ağasi Məmmədbəyov idarə etdiyi "LADA 21 10" markalı avtomobillə piyada Səlim Qubatovu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.