24 yaşlı oğlanın kirayə qaldığı evdə meyiti tapılıb

28 Oktyabr 2024 09:17 (UTC+04:00)

Abşeronda 24 yaşlı oğlanın meyiti tapılıb. SİA-nın xəbərinə görə, Xəyyam Daşdəmirovun kirayə yaşadığı Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən evdə meyiti tapılıb.

İlkin məlumata görə, 24 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.