Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb

28 Oktyabr 2024 09:07 (UTC+04:00)

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb. SİA xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.