Metronun "28 May" stansiyasında qatarın yubanmasının səbəbi açıqlanıb

28 Oktyabr 2024 08:11 (UTC+04:00)

Metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb. Bu barədə SİA-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib.

Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.