Orban Gürcüstana gedəcək

28 Oktyabr 2024 06:17 (UTC+04:00)

Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 28-29-da Gürcüstana səfər edəcək. SİA xəbər verir ki, bunu Macarıstan hökumət başçısının mətbuat katibi Bertalan Havaşi deyib. O, Macarıstanın Baş nazirinin səfərinin gürcü həmkarı İrakli Kobaxidzenin dəvəti ilə baş tutacağını qeyd edib.