Hacıqabulda 42 yaşlı kişini ilan sancdı

28 Oktyabr 2024 01:43 (UTC+04:00)

Hacıqabulda 42 yaşlı kişini ilan sancıb. SİA xəbər verir ki, hadisə rayonun Qarasu kəndində baş verib.

İlan sancmasına məruz qalan Əhmədov Zamir Oruc oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhərinə qarşı zərdab vurulub və digər lazımi tibbi yardım tədbirləri görülüb.