Yaponiyada növbədənkənar parlament seçkilərində müxalifət liderdir

28 Oktyabr 2024 05:28 (UTC+04:00)

Yaponiyada növbədənkənar parlament seçkiləri başa çatıb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, səslərin hesablanmasından sonra müxalifət partiyaları parlamentin aşağı palatasında daha çox mandat qazanıblar.

Qeyd olunur ki, parlamentdə aşağı palatada 465 yerdən 236-nı (tələb 233) müxalifət qazanır.

Hakim Liberal Demokrat və Komeito partiyaları ilkin məlumatlara görə, 209 mandat əldə edir.