"İsrail İrana hücum etməklə səhv etdi"

28 Oktyabr 2024 04:47 (UTC+04:00)

"İsrail İrana hücum edərək hesablamalarda səhv edib". SİA xəbər verir ki, bunu İranın İslam lideri Ayətullah Əli Xamenei deyib.

O, "X" sosial şəbəkəsində İsrailin vəziyyəti yanlış dəyərləndirdiyini və İran xalqının qüdrətini və qətiyyətini lazımınca qiymətləndirmədiyini yazıb.

Şənbə günü gecə İsrail ordusu oktyabrın 1-də İsrailə edilən hücumlara cavab olaraq İrandakı hərbi obyektlərə hücumlar təşkil etdiyini bildirib.

"CBS News"un mənbəyə istinadla verdiyi məlumata görə, İsrailin zərbələri yalnız hərbi hədəflərə yönəlib və nüvə və neft qurğularına təsir etməyib.