Tərtərdə 1 ton pambıq, Goranboyda isə 10 ton ot bağlaması yanıb

27 Oktyabr 2024 23:37 (UTC+04:00)

Tərtərdə 1 ton pambıq, Goranboyda isə 10 ton ot bağlaması yanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Tərtər rayonunun Borsunlu kəndində ümumi sahəsi 60 kvadratmetr olan talvarın altında yığılan 1 ton pambıq yanıb. Talvar, pambığın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonunun Qırıqlı kəndində isə həyətyanı sahədə yığılan 10 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.