Rusiyaya işləyən amerikalı Uqledar yaxınlığından xilas edilib..?

27 Oktyabr 2024 21:47 (UTC+04:00)

...Rusiya silahlı qüvvələri Rusiya üçün işləyən və Uqledar yaxınlığından dəyərli məlumatlar ötürən amerikalını xilas edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DXR-in Müdafiə Qərargahının Telegram kanalı bildirib.

...2 il ərzində Kennet M. (ad dəyişdirilib) Ukrayna ərazisində olub və Rusiyaya qiymətli kəşfiyyat məlumatlarını ötürüb ki, bu da düşmənə yüksək dəqiqliklə zərbələr endirməyə, mülki infrastruktura və mülki şəxslərə dəyən ziyanı minimuma endirməyə imkan verib.

Bunu ruslar deyirlər.

ABŞ vətəndaşının xüsusi əməliyyat zamanı təxliyyə edildiyi dəqiqləşdirilir. Hazırda ona Rusiya vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələsi qaldırılır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin özünü siyasi qaçqın adlandıran ABŞ-dan olan Con Roblesə vətəndaşlıq verib.

Onun haqqında ABŞ-dan olan etnik hindistanlı olduğu məlumdur. O, hələ 1996-cı ildə Rusiyaya köçüb və 2007-ci ildə siyasi sığınacaq alıb və bu, ölkədə belə statusa malik ilk amerikalı olub.

Əli Babayev