Gürcüstanda keçirilən parlament seçkiləri Avropada tənqid edilib

27 Oktyabr 2024 21:36 (UTC+04:00)

Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti AP press-relizinə istinadən xəbər verir.

İspaniya parlamentarisi Antonio Lopez-İsturiz Uayt seçkilər zamanı hökm sürən nifrət və hədə-qorxu mühitindən danışıb. O, iddia edir ki, Avropa Parlamentinin nümayəndə heyəti bir sıra seçki məntəqələrində qanun pozuntularının şahidi olub. Bundan əlavə, səsvermədən əvvəlki dövrdə anti-Qərb ritorikasından istifadə edildiyi iddia edilir.

Bu baxımdan deputat seçkilər zamanı qeydə alınan insidentlərin araşdırılmasının vacibliyini qeyd edib.

Seçki günü vəziyyət Gürcüstanda siyasi prosesləri ciddi şəkildə çətinləşdirəcək,-deyə o, yekunlaşdırıb.

…Gürcüstanda parlament seçkiləri şənbə günü, oktyabrın 26-da keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası qalib gəlib.

SİA-nın bir qədər əvvəl də xəbər verdiyi kimi, müxalifət lideri və ölkənin eks-prezidenti Mixail Saakaşvili səsvermənin nəticələrini tanımayıb və tərəfdarlarını “böyük etirazlar” təşkil etməyə çağırıb.

Əli Babayev