Orban Gürcüstana uçacaq

27 Oktyabr 2024 21:16 (UTC+04:00)

Macarıstanın baş naziri Viktor Orban oktyabrın 28-29-da Gürcüstanda rəsmi səfərdə olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gürcüstanın “Publika” nəşri məlumat yayıb.

...Oktyabrın 29-da Gürcüstan hökumətinin inzibati binasında Baş nazir Orbanın rəsmi qarşılanma mərasimi keçiriləcək. Macarıstanlı həmkarını Gürcüstanın baş naziri İrakli Kobaxidze qəbul edəcək, – nəşrin Gürcüstan hökumətinin bəyanatında deyilir.

Bundan əvvəl Orban bildirib ki, Gürcüstan strateji yerləşməsinə görə Avropa İttifaqı üçün çox lazımdır.

Əli Babayev