Özbəkistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb

27 Oktyabr 2024 20:04 (UTC+04:00)

Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə səsvermə başa çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Seçki məntəqələri saat 20:00-da bağlanıb və səslərin hesablanması başlayıb.

Yekun seçici fəallığı və seçkilərin nəticələri ilə bağlı ilkin məlumatlar oktyabrın 28-də açıqlanacaq.

Seçkilərdə Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP), Özbəkistan Xalq Demokratik Partiyası (ÖXDP), Özbəkistanın “Milliy Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”), “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) və Ekologiya Partiyası mübarizə aparıb.