Rusların yeganə qadın inspektoru saxlanılıb...

27 Oktyabr 2024 19:36 (UTC+04:00)

...Moskvada müstəntiqlər yeganə qadın inspektor Mariya Kolpakı saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb. Qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü ("hədə-qorxu ilə tələb etmə") və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı ("Vəzifə səlahiyyətlərini aşma") maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edilir ki, onun əvvəllər məhkumluğu olmayıb. Təhlükəsizlik qüvvələri onun şərik olduğu iddia edilən şəxsi də saxlayıb.

Mariya Kolpak 2019-cu ildə Rusiyanın Krasnoselski rayonu üzrə Daxili İşlər İdarəsində işləməyə başlayıb.

Sürücülük məktəbini bitirdikdən sonra Moskvada Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Daxili İşlər İdarələrindən birinin Dövlət Yol Müfəttişliyinin yol polisi alayına keçib.

Bundan əvvəl bir çox KİV Kolpakın polisdəki fəaliyyəti haqqında yazırdı.

Əli Babayev