Azərbaycan çempionu Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

27 Oktyabr 2024 19:06 (UTC+04:00)

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Mingəçevir klubu II mərhələdə Kiprin “Parnassos Strovolu” kollektivi ilə cavab matçına çıxıb.

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılan qarşılaşma Azərbaycan çempionunun 32:29 hesablı qələbəsi ilə başa çatıb.

Ötən gün keçirilmiş ilk matçda da rəqibini üstələyən (35:31) "Kür" adını növbəti mərhələyə yazdırıb.