Onlar 2025-ci ildə Avropada müharibə olacağını deyiblər...

28 Oktyabr 2024 00:46 (UTC+04:00)

...Dünyanın ən məşhur mistiklərindən ikisi Nostradamus və Vanqa 2025-ci ildə Avropa qitəsində böyük müharibə olacağını proqnozlaşdırmışdılar.

SİA-nın əldə etdiyi məlumata görə, Britaniyanın “Daily Mail” tabloidi buna diqqət çəkib.

Qeyd edək ki, Nostradamus (1503-1566) və Vanqa (1911-1996) müxtəlif dövrlərdə yaşayıblar. Bununla belə, hər ikisi 2025-ci ildə Avropa üçün dəhşətli sınaqların olacağını proqnozlaşdırmışdı.

Belə ki, onlar bölgədə ölümcül müharibənin başlayacağına əminlik bildiriblər.

Beləliklə, fransız astroloqu Nostradamus yazırdı ki, gələn il (2025-ci ildə) “Avropa torpaqları” “qəddar müharibələrə” cəlb olunacaq. Onun proqnozu həm də “düşmənlərdən daha pis olacaq qədim vəbadan” danışırdı.

Bolqar görücü Vanqa da 2025-ci ildə Avropada böyük və qanlı qarşıdurma görürdü. O, onun qitəni "dağıdacağını" iddia edib.

Maraqlıdır ki, Vanqa 5079-cu ildə dünyanın sonunu proqnozlaşdırıb.

...Onun yaxın ətrafı iddia edirdi ki, görücü Rusiyanın Ukraynaya təcavüzünü əvvəlcədən görüb. İddialara görə, onun peyğəmbərliyinə görə, münaqişə təxminən iki il davam edəcək (...amma hazırda müharibə 2 il 8 aydır ki, davam edir) və “səkkizinci taxta çıxanda” bitəcək.

Qeyd edilməlidir ki, onun “səkkizinci” deməklə nəyi nəzərdə tutduğu dəqiq bilinmir.

...Və Vanqa başqa şeylərlə yanaşı, guya Rusiya lideri Vladimir Putinin yaxın çevrəsindən kimsə tərəfindən öldürüləcəyini proqnozlaşdırıb.

Əli Babayev