Hande Erçelin bir paylaşım üçün aldığı qonorar məlum olub

27 Oktyabr 2024 15:20 (UTC+04:00)

"Instagram" səhifəsində 31 milyondan çox izləyicisi olan türkiyəli aktrisa Hande Erçelin bir paylaşım üçün aldığı qonorar məlum olub. SİA xəbər verir ki, aktrisa hər 15 saniyəlik hekayə paylaşımı üçün 3 milyon lirə (təxminın 148 min manat) qazanır.

Qeyd edək ki, aktrisanın 6 ay ərzində rol aldığı ekran işləri ilə yanaşı, çəkildiyi reklamlardan gələn gəlirlər 40 milyon lirə olub.