Balaxanı tullantı poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib - FOTOLAR

27 Oktyabr 2024 14:27 (UTC+04:00)

“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrindən olan Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunun ətrafında Cəmiyyətin əməkdaşları tərəfindən ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə və COP29 öncəsi yaşıllıq zolaqlarının artırılmasına, ekoloji tarazlığın bərpasına, həmçinin ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədilə ərazidə 300 ədəd həmişəyaşıl ağac tingi əkilib.

Qeyd edək ki, tullantılardan təmizlənən bu ərazidə yaşıllaşdırma işlərinin aparılması ənənəyə çevrilib və tullantılardan ayrılan sular xüsusi filtrasiyadan keçirilərək burada ağacların suvarılmasında istifadə olunur.

2009-cu ildən ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində ötən müddət ərzində müxtəlif növdən olan 15 minə qədər ağac əkilib.