İsraildə terror aktı törədildi - 6 ölü və 50 yaralı

27 Oktyabr 2024 14:24 (UTC+04:00)

Təl-Əvivin şimalında yük maşını avtobus dayanacağına çırpılıb. SİA xəbər verir ki, hadisə nəticəsində 6 ölü və 50 yaralı var. Yaralılardan 10-un vəziyyəti ağırdır. Qəza zamanı yük maşınının sürücüsü də həlak olub. Hadisənin baş verdiyi yerin yaxınlığında İsrail ordusunun bir neçə kəşfiyyat bölməsi yerləşir. Bu səbəbdən polis qəzanı terror aktı kimi qiymətləndirir.