Sürücülərin nəzərinə!

27 Oktyabr 2024 12:46 (UTC+04:00)

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 28-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.