Mask daha 22 peyki orbitə göndərdi

27 Oktyabr 2024 12:25 (UTC+04:00)

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qrupunu artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb. SİA xəbər verir, bu barədə istehsalçı şirkət "SpaceX" məlumat yayıb.

Məlumata əsasən, raket ABŞ Kosmik Qüvvələrinin Floridadakı Kanaveral burnunda yerləşən bazasındakı 40-cı buraxılış kompleksindən şənbə günü buraxılıb.