ABŞ-nin bazası raket atəşinə tutuldu

27 Oktyabr 2024 11:40 (UTC+04:00)

Suriyanın şərqindəki ABŞ hərbi bazası raket atəşinə tutulub. SİA-nın xəbərinə görə, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazasının ərazisində bir neçə partlayış səsi eşidilib. Mümkün dağıntılar barədə hələlik ətraflı məlumat verilməyib.