"Barselona" "Real Madrid"i darmadağın etdi

27 Oktyabr 2024 00:59 (UTC+04:00)

İspaniya Primerasının 11-ci turunun "Real" və "Barselona"nın qarşılaşdığı matç başa çatıb.

Komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar. Görüşün baş hakimi funksiyasını Xose Sançes Martines yerinə yetirib.

...Qonaqlar 4:0 hesabı ilə əzmkar qələbə qazanıblar. 54-cü dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski komandasını hesabda irəli çıxarıb.

56-cı dəqiqədə Levandovski dubla imza ataraq komandasının fərqini artırıb.

Matçın 78-ci dəqiqəsində qonaqların cinah yarımmüdafiəçisi Lamin Yamal 3-cü qolu “Real Madrid”in qapısına göndərib.

84-cü dəqiqədə Rafinya katalonların dördüncü qolunu vurub. İspaniya Primerasında keçirdiyi 11 oyundan sonra Madrid klubu 24 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Barselona” 30 xal toplayıb və birinci yerdədir.

Nazlı Almuradova