Rusiyanın Ryazan şəhərində neft emalı zavodu yanır

26 Oktyabr 2024 22:23 (UTC+04:00)

Oktyabrın 26-da şənbə günü axşam Rusiyanın Ryazan şəhərində neft emalı zavodu hava reydindən sonra yanıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiya ictimaiyyəti neft emalı zavodunda baş verən yanğınla bağlı məlumat yayıb, foto və videolar dərc edib.

Ryazan hakimiyyəti videoda görünən yanğını təkzib edib.

Onlar, şəhərə hava hücumunun təlim məqsədi daşıdığı bildirilir: “Saat 17:00-dan 18:00-a qədər vilayət mərkəzinin Moskva rayonunda sirenadan istifadə edərək hava hücumu təlimi keçirilib. Heç bir insident yoxdur”.

Bunu şəhər rəsmiləri bildirib.

Əli Babayev