Gürcüstanda keçirilən seçkilərlə bağlı exit-poll nəticələri açıqlanıb

26 Oktyabr 2024 20:44 (UTC+04:00)

Parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası təxminən 56,1 faiz səs toplayıb.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə İmedi televiziya şirkətinin məlumatlarına istinadən xəbər verir.

Eyni zamanda, müxalif “Formula” telekanalının məlumatına görə, ümumilikdə müxalifət daha çox səs toplayıb.

Bundan əvvəl Tbilisinin mərkəzindəki Gürcüstan hökumətinin binasına polis avtobuslarının gəldiyi bildirilirdi.

...Oktyabrın 26-da Gürcüstanda respublika parlamentinə seçkilər çərçivəsində seçki məntəqələri açılıb. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 19 partiya mübarizə aparır.

Eyni zamanda, mandata əsas namizədlər “Gürcü arzusu - Demokratik Gürcüstan”, “Gürcüstanı xilas etmək üçün birlik”, “Dəyişikliklər üçün koalisiya”, “Güclü Gürcüstan” və “Gürcüstan naminə” siyasi birliklərinin üzvləri hesab olunur.

Əli Babayev