“Spartak”ın futbolçularına elektrik skuter sürmək qadağan edilib

26 Oktyabr 2024 20:37 (UTC+04:00)

Moskvanın “Spartak” komandasının futbolçularına elektrik skuter sürmək qadağan edilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Mash Telegram kanalına məlumat verilib.

Mənbənin məlumatına görə, qadağa futbolçunun müqavilələrində yeni bənddə yazılıb.

Qeyd olunur ki, onu pozan futbolçuları 1000 avroya qədər cərimə gözləyir.

Bundan əvvəl “Spartak” Rusiya Futbol İttifaqının Akademiyasında məşqçilik lisenziyası almaq üçün təlim keçən oyunçusu Aleksandr Mostovoyun təcrübə keçməsini ləğv edib.

Qərarı klubun özü verib. "Spartak" Rusiya Premyer Liqasının (RPL) turnir cədvəlində altıncı yerdədir. Komandanın aktivində 19 xal var.

Nazlı Almuradova