Azərbaycan Basketbol Liqası: "Ordu" klubu "Şəki"ni məğlub edib

26 Oktyabr 2024 20:20 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının ikinci turunda “Ordu” və “Şəki” komandaları qarşılaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini bütün hissələrdə üstələyən "Ordu" yekunda 104:84 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, II turun oyunlarına oktyabrın 27-də yekun vurulacaq.