Ağdamda yaşayış evi yanıb

26 Oktyabr 2024 19:44 (UTC+04:00)

Ağdam rayonunun Xındırıstan kəndində məcburi köçkün ailəsinin məskunlaşdığı evdə yanğın baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Novruz Həmzəyevin ailəsinin yaşadığı altıotaqlı ev yanıb. Hadisə yerinə Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq tikili yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.