Gürcüstanda seçicilərin 50 faizdən çoxu səsvermədə iştirak edib

26 Oktyabr 2024 19:35 (UTC+04:00)

Gürcüstanda keçirilən parlament seçkilərində seçicilərin 50,6 faizi səsvermə hüququndan istifadə edib.

SİA xəbər verir ki, bu barədə Gürcüstan MSK məlumat yayıb.

Bildirilir ki, saat 17:00-a olan məlumata görə, ölkə üzrə 1 milyon 768 min 816 nəfər seçici səs verib. Səsvermə davam edir.