Taksi sürücüsü sərnişinin qabırğasını sındırıb

26 Oktyabr 2024 19:16 (UTC+04:00)

...Sankt-Peterburq polisi Primorski rayonunda taksi sürücüsünün sərnişinə hücumunun şəraitini araşdırır. Sankt-Peterburqlu qadın qabırğası və kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, zərərçəkən gecə saatlarında xəstəxanalardan birinin həkimlərinə müraciət edib.

Şimal paytaxtının 38 yaşlı sakininin sözlərinə görə, o, naməlum taksi sürücüsü tərəfindən döyülüb.

Qadın deyib ki, hər şey Baykonurskaya küçəsindəki evin yaxınlığında baş verib.

Həkimlər səkkizinci qabırğanın sınığını, qapalı kəllə-beyin zədəsini və başın yumşaq toxumalarının əzilməsini qeydə alıblar. Xəstə hazırda travmatologiya şöbəsində müalicə alır.

Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları daxil olan məlumatları yoxlayırlar.

Nazlı Almuradova