İsrail Rusiyanın İrandakı S-300 qurğusunu vurub

26 Oktyabr 2024 18:24 (UTC+04:00)

...Öktyabrın 26-da İsrail İranın hərbi obyektlərinə hücum edərək iki İran əsgərini öldürüb.

SİA-nın əldə etdiyi məlumata görə, zərbələrin nəticələrinin peyk görüntülərini Mintel World layihəsi dərc edib.

...İrandan gələn ilkin qeydləri araşdırdıqdan sonra İsrail qüvvələrinin Tehranın cənubundakı S-300 hava hücumundan müdafiə sisteminə hücum etdiyi müəyyən edilib.

Bu da məlumatda bildirilir.

“Sky News”-un məlumatına görə, Ağ Ev sözçüsü İsrailin ABŞ-ın məsləhəti ilə hərəkət etdiyini bildirib.

Nəşrin mənbəsi qeyd edib ki, bu hücum İsrail və İran arasında atışmaların sonu olmalıdır, lakin İran cavab vermək qərarına gələrsə, ABŞ İsraili tam dəstəkləməyə hazırdır.

Əli Babayev