“Gürcüstan tərəfdaşlardan münasibətləri bərpa etmək üçün siqnallar alıb” - Kobaxidze

26 Oktyabr 2024 16:38 (UTC+04:00)

Gürcüstan rəhbərliyi tərəfdaşlarından parlament seçkilərindən sonra münasibətləri bərpa etmək üçün siqnallar alıb. SİA xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Bizim münasibətlərin tezliklə bərpa olunacağını göstərən inanılmaz mesajıarımız var" deyib. Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili demişdi ki, Gürcüstanda parlament seçkiləri “allahsızlıq və mənəviyyat” arasında seçimdir.