Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib

26 Oktyabr 2024 16:35 (UTC+04:00)

33 beynəlxalq səyyahdan ibarət qrup Ağdamın görməli yerlərini ziyarət edib. SİA xəbər verir ki, turistlər işğal dövründə Ermənistanın şəhərdə törətdiyi dağıntılar, eləcə də hazırda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.

Qonaqlar bərpa edilmiş Ağdam məscidində, Çörək muzeyi, Dram Teatrının xarabalıqlarında və Şəhidlər Xiyabanında olublar.

Ekskursiya zamanı səyyahlara şəhərin işğaldan əvvəlki tarixi fotoşəkilləri təqdim olunub.

Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Niderland və digər ölkələrdən bir qrup turist Qarabağ və Şərqi Zəngəzura gəlib.