Kanala düşən maral xilas edilib - FOTO - VİDEO

26 Oktyabr 2024 16:23 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalınının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maralın kanala düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

https://youtu.be/tYbPslveryg