Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu reallaşıb

26 Oktyabr 2024 14:42 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu reallaşıb. SİA xəbər verir ki, B qrupunda yer alan komandaların duelində "Ordu" "Şəki" kollektivinə qalib gəlib.

Bakı İdman Sarayında baş tutan matç birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci qarşılaşmasında "Sərhədçi" "Abşeron"la münasibətlərinə aydınlıq gətirəcək.

II tura sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.