Sumqayıtda suyun verilişində fasilə yaranacaq

26 Oktyabr 2024 13:11 (UTC+04:00)

Bazar ertəsi Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d450mm-lik su kəmərində təmir bərpa işləri ilə əlaqədar olaraq oktyabrın 28-də səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi, Qızıl qum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayon ev 72, 73, 74, 75 ünvanlarında suyun dayandırılması nəzərdə tutulub