Pirallahıda ağacəkmə aksiyası - FOTO

26 Oktyabr 2024 12:58 (UTC+04:00)

Bakı Şəhər və Pirallahı rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Pirallahı rayonunda əsas magistral yolunun kənarındakı boş ərazidə növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Aksiyada icra qurumlarının, kommunal və digər xidmətlərin, Yaşıllaşdırma Birliyi Təsərrüfatının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 3 mindən çox Eldar Şamı və 2 mindən çox oleandr kolları əkilib.

Yeni əkilən ağac və kollara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.