Şəkidə 42 yaşlı qadın toyda vəfat edib

26 Oktyabr 2024 12:04 (UTC+04:00)

Şəkidə 42 yaşlı qadın toyda vəfat edib. SİA-nın məlumatına görə, 42 yaşlı Leyla Kamil qızı Şıxəliyevanın ötən gün Şəki şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toyda qəfil halı pisləşib və vəfat edib.

Qadının hansı səbəbdən ölməsi Şəki Rayon Prokurorluğu tərəfindən araşdırılır.