Gürcüstanda parlament seçkilərində bəzi məntəqələrdə insidentlər qeydə alınıb

26 Oktyabr 2024 11:42 (UTC+04:00)

Gürcüstanda parlament seçkiləri sakit keçir, lakin bir neçə məntəqədə kiçik insidentlər qeydə alınıb. SİA xəbər verir ki, bunu MSK-nın mətbuat katibi Natiya İoseliani bildirib.

O, partiya nümayəndələrini, KİV və müşahidəçiləri komissiyaların işinə mane olmamağa, komissiya üzvlərinin funksiyalarına müdaxilə etməməyə və məntəqədə davranış qaydalarına əməl etməyə çağırıb.

Onun sözlərinə görə, bir məntəqədə seçiciyə iki bülletenin verilməsi faktı qeydə alınıb, digər məntəqədə isə qanunla qadağan olunmasına baxmayaraq bülletendən foto çəkməyə cəhd olub.