92 yaşlı qadın dəm qazından boğularaq ölüb

26 Oktyabr 2024 11:32 (UTC+04:00)

Ağcabədidə dəm qazından zəhərlənən 92 yaşlı qadın ölüb. SİA xəbər verir ki, Arazbar kənd sakinləri 1932-ci il təvəllüdlü Soltanova Gövhər Abduləli qızı və 1995-ci il təvəllüdlü Soltanov Mirismət Xudaverdi oğlu yaşadıqları evdə dəm qazından zəhərlənib.

Nəticədə Gövhər Soltanova zəhərlənmə nəticəsində ölüb, Mirismət Soltanova xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.