"Azərişıq"ın əməkdaşını cərəyan vurub öldürdü

26 Oktyabr 2024 11:21 (UTC+04:00)

Bakıda "Azərişıq" ASC-nin əməkdaşını cərəyan vurub. SİA xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsi, S.Qocayev küçəsində baş verib.

Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub. Nəticədə o, yerindəcə keçinib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.