Gürcüstanda səsvermənin ilk iki saatında seçici fəallığı

26 Oktyabr 2024 11:15 (UTC+04:00)

Gürcüstanda bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermənin ilk iki saatında seçici fəallığı 9,27% təşkil edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan MSK məlumat yayıb.

Artıq 324 197 nəfər səs verib.