Nyu-York birjasında təbii qazın qiyməti artıb

26 Oktyabr 2024 11:08 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,59% artaraq 2,56 ABŞ dolları təşkil edib.