Əmtəə bazarlarında qızıl bahalaşıb

26 Oktyabr 2024 10:51 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,21% artaraq 2 754,6 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,05% azalaraq 33,78 ABŞ dollarına bərabər olub.