"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi vəfat edib

26 Oktyabr 2024 10:32 (UTC+04:00)

"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib. Bu barədə SİA-ya mərhumun yaxınları məlumat verib.

Mütəxəssis 52 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Məmmədov müxtəlif vaxtlarda "Xəzər Lənkəran", Sumqayıt"ın əvəzedici komandası və "İrəvan" klublarında baş məşqçi vəzifələrində çalışıb.