İsrailin İrana hücumu başa çatdı

26 Oktyabr 2024 08:09 (UTC+04:00)

İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb. "Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı", - məlumatda deyilir.

Bu gün İsrail İrana iki dəfə hava zərbəsi endirib. Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumat yoxdur.