Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak etdi - FOTOLAR

26 Oktyabr 2024 02:05 (UTC+04:00)

Lerik rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin qatıldığı aksiyada 500-dən çox çinar ağacı əkilib.

Monidigah kəndindəki ağacəkmə aksiyası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə olub.