Məşhur futbolçu öldü

26 Oktyabr 2024 01:40 (UTC+04:00)

Braziliya millisinin sabiq futbolçusu Ze Karlos oktyabrın 25-də 56 yaşında vəfat edib. SİA xəbər verir ki, Ze Karlosun ürəktutmasından vəfat etdiyi bildirilir. O, 1998-ci ildə Fransada keçirilən dünya çempionatında gümüş medal qazanan Braziliya millisinin heyətində olub. Ze Karlos müdafiəçi kimi çıxış edib. 1997-ci ilə qədər o, Braziliya A Seriyasında gözə dəyməyən oyunçu olub, daha sonra “San Paulo”ya keçib və dərhal parlayıb.

Braziliya klubunda uğurlu mövsümdən sonra Ze Karlos baş məşqçi Mario Zaqallo tərəfindən millinin genişləndirilmiş heyətinə daxil edilib.